cümə axşamı, 07 avqust 2025

DÜNYA FUTBOLU

"Fənərbağça" qələbə ilə başladı

11.09.2020 23:17 Oxundu 472


Türkiyə Super Liqasında 2020/21 mövsümü start götürüb.

"Cempion.az" saytının məlumatına görə, yeni mövsümün ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Fənərbağça” səfərdə “Rizəspor”la görüşüb. İstanbul təmsilçisi ilk yarıda hesabı açmağa yaxın olsa da, penalti şansını qaçırıb. Meydan sahibləri ikinci hissədə vurulan qolla önə keçsə də, “Fənərbağça” 2 qol vuraraq əzmkar qələbə qazanıb.

Qeyd edək ki, tura sentyabrın 14-də yekun vurulacaq.

Türkiyə Super Liqası
I tur
11 sentyabr
“Rizəspor” – “Fənərbağça” – 1:2

Şkoda, 59 – Gönül, 76, Sosa, 86 (pen.)