cümə axşamı, 07 avqust 2025

DÜNYA FUTBOLU

"Arsenal" mövsümə səfər qələbəsi ilə başladı

12.09.2020 18:19 Oxundu 465


Sentyabrın 12-də futbol üzrə İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünə start verilib.

"Çempion.az" xəbər verir ki, çempionatın açılış matçında “Arsenal” səfərdə “Fulhem” ilə üz-üzə gəlib. London derbisində “topçular” 3:0 hesabı ilə qələbə qazanıblar. Görüşdə hesab 8-ci dəqiqədə açılıb. “Arsenal”ın hücumçusu Aleksandr Lakazet mövsümün ilk qoluna imza atıb. Matçın 49-cu dəqiqəsində Qabriel Dos Santos, 57-ci dəqiqədə isə Pyer-Emerik Obameyanq fərqləniblər.

Tura sentyabrın 14-də yekun vurulacaq.