12.09.2020 21:47
452

İspaniyanın "Barselona" komandasının yeni mövsüm üçün kapitanı müəyyənləşib.
"Cempion.az" İspaniya mətbuatına istianadən xəbər verir ki, Lionel Messi 2020/2021 mövsümündə də kapitan sarğısını taxacaq.
33 yaşlı argentinalı hücumçu 2018-ci ildə Andres İnyestanın Kataloniya klubundan ayrılmasından sonra bu vəzifəyə sahib olub. Serxio Buskets, Jerar Pike və Serxio Roberto vitse-kapitanlar olacaq.
Qeyd edək ki, "Barselona" La Liqanın ilk turunda sentyabrın 13-də "Elçe" ilə qarşılaşmalı idi, lakin matç təxirə salınıb.