bazar, 10 avqust 2025

DÜNYA FUTBOLU

La Liqa üç oyunla start götürdü

13.09.2020 01:05 Oxundu 423


İspaniya La Liqasında 2020/21 mövsümü start götürüb. Bu sayca 80-ci ölkə çempionatıdır.

Yubiley çempionatın ilk oyun günündə I turun üç matçı keçirilib.

“Eybar” və “Selta” arasında oyunda qol vurulmayıb. “Atletik” səfərdə “Qranada”ya uduzub.

Günə “Kadis” – “Osasuna” qarşılaşması ilə yekun vurulub. Hər hissədə bir qol vuran qonaqlar mövsümə qələbə ilə başlayıb.

Qeyd edək ki, turun digər matçları sentyabrın 13-də keçiriləcək.

İspaniya La Liqası
I tur
12 sentyabr
“Eybar” – “Selta” – 0:0
“Qranada” – “Atletik” – 2:0

Errera, 49, Milla, 53
“Kadis” – “Osasuna” – 0:2
Lopes, 10, Qarsia, 80