bazar, 10 avqust 2025

DÜNYA FUTBOLU

"Qalatasaray"ın inamlı qələbəsi

13.09.2020 02:19 Oxundu 465


Türkiyə Superliqasında 2020/2021 mövsümünün I turunun daha 4 oyunu baş tutub.

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Qalatasaray" yeni mövsümdə ilk oyununu keçirib.

"Türk Telekom Arena"da "Qaziantep" komandasını qəbul edən İstanbul təmsilçisi inamlı qələbə qazanıb - 3:1.

Qarşılaşmada hesabı 8-ci dəqiqədə "sarı-qırmızılılar"ın hücumçusu Radamel Falkao açıb. Kolumbiyalı forvard penaltidən fərqlənib. 28-ci dəqiqədə "Cim-Bom"un yeni transferi Emre Kılınç fərqi 2 topa çatdırıb. İlk hissənin əsas vaxtına 5 dəqiqə qalmış Falkao dublunu rəsmiləşdirib.

Qonaqlar ikinci yarıda qollardan birinin əvəzini çıxa biliblər. Andre Felipe Ribeyro 53-cü dəqiqədə meydan sahiblərini cəzalandırıb. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.

Qeyd edək ki, "Qalatasaray" sentyabrın 17-də Bakı Olimpiya Stadionunda "Neftçi"nin qonağı olacaq. Oyun saat 20:00-da başlayacaq.