bazar, 10 avqust 2025

DÜNYA FUTBOLU

Salah het-trekle başladı

13.09.2020 03:23 Oxundu 446


İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünün I turunun növbəti oyunu keçirilib.

Turun ilk oyun gününün növbəti oyununda son çempion “Liverpul” öz meydanında debütant “Lids Yunayted” komandasını qəbul edib.

Məhsuldarlığı ilə seçilən görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

“Liverpul”un heyətində Məhəmməd Salah (4, 33, 88), Viljil van Deyk (20), “Lids Yunayted”in isə Jak Harrison (12), Patrik Bamford (30) və Mateusz Kliç (66) fərqləniblər.

Günün digər görüşündə “Kristal Palas” öz meydanında “Southemton” komandasını (1:0), “Arsenal” isə səfərdə “Fulhem” klubunu məğlub edib - 3:0.

Turun ilk oyun gününün son görüşü “Vest Ham Yunayted” və “Nyukasl Yunayted” komandaları arasında olacaq.