bazar, 10 avqust 2025

BİZİM FUTBOL

Eddi bir hissə oynadı, "sarı" aldı

13.09.2020 04:30 Oxundu 460


İspaniya La Liqa 2-də 2020/21 mövsümünə start verilib.

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi "Albasete" ilk görüşünü elitanı yenicə tərk edən "Espanyol"a qarşı keçirib.

Barselonada baş tutan qarşılaşma ev sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Matça start heyətində başlayan İsrafilov 37-ci dəqiqədə sarı vərəqə almaqla "fərqlənib".

Eddi fasilədən dərhal sonra əvəzlənib ki, həmin vaxt hesab artıq 2:0 idi.