bazar, 10 avqust 2025

DÜNYA FUTBOLU

Mbappe PSJ-ni tərk edir

13.09.2020 05:34 Oxundu 482


Fransa millisinin futbolçusu Killian Mbappe gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, PSJ-nin gənc hücumçusu cari mövsümün sonunda klubunu dəyişəcək.

Killian bu barədə klub rəhbərliyini də məlumatlandırıb. 21 yaşlı futbolçu 2021-ci ilin yayında daha güclü liqalardan birində oynamaq niyyətindədir. Mbappe İspaniya La Liqası və ya İngiltərə Premyer Liqası klublarına üstünlük verir.

Müqaviləsi 2022-ci ilin yayında başa çatacaq Killian anlaşmanı uzatmaqdan da imtina edib. İspaniya “Real”ının hədəfində olan futbolçunun məhz bu kluba keçmək ehtimalı daha yüksəkdir.

Qeyd edək ki, Mbappe 2017-ci ildə “Monako”dan PSJ-yə keçib.