bazar, 10 avqust 2025

DİGƏR NÖVLƏR

Həbib karyerasını bitirmək barədə düşünmür

13.09.2020 10:42 Oxundu 549


UFC versiyasında yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov növbəti dəfə hələ karyerasını tamamlamaq haqqında fikirləşmədiyini deyib.

İdmançının sözlərinə görə, hələlik "özünün daha möhkəm olduğunu” hiss edir.

"Karyeranı nə vaxt bitirəcəksən" sualları olduqca çoxdur. Başa düşürəm, insanlar mənim qələbələrimdən yoruldular, yeni nəsə istəyirlər. Hələ ki, bədənim icazə verir, hələlik, daha möhkəm oluram, karyeranın tamamlanması haqqında müəyyənliklər yoxdur”.

O, qeyd edib ki, özündə rəqibləri ilə mübarizə aparmaq gücünün olduğunu hiss edir: “Mən hələ hiss edirəm ki, rəqabət apara, öz çəkimdə ən yaxşı ola və ağır yüklənmələri qəbul edə bilərəm, mən gediş haqqında fikirləşmirəm", - rusiyalı idmançı əlavə edib.

Daha əvvəl H.Nurməhəmmədov bildirib ki, peşəkar idmandan getdiklərini elan edən atletlərin təxminən 90%-i adətən yenidən bu sahəyə qayıdırlar.