bazar, 10 avqust 2025

BİZİM FUTBOL

Fyodor Çernıx Azərbaycandan yüksək qazanclı təklif gözləyir

13.09.2020 12:52 Oxundu 496


Litva millisinin kapitanı Fyodor Çernıx Azərbaycandan təklif gözləyir.

Moskva “Dinamo”sundan ayrılan və hazırda azad agent statusu daşıyan sağ cinah vinger “Yagelloniya”nın maraq dairəsindədir. Ancaq Polşa klubuna dönmək 29 yaşlı ön xətt oyunçusu üçün son variantdır. Bu barədə polşa mətbuatı xəbər verir.

Mənbə Çernıxın daha çox qazanc əldə etmək üçün digər ölkələrdən gələcək təklifləri gözlədiyini vurğulayıb: “Çernıx daha yüksək gəlirli variantları gözləyir. Bunlar Türkiyə, Qazaxıstan və Azərbaycandır. Əgər bu ölkələrin klubları ilə danışıqlardan bir nəticə çıxmasa, o zaman “Yagelloniya”ya keçməyə razılıq verəcək”.

Maraqlıdır ki, Çernıx 2016-cı ildəki açıqlaması zamanı "Qarabağ"da oynamaq istədiyini etiraf etmişdi.