bazar, 10 avqust 2025

DÜNYA FUTBOLU

Ronald Kuman: "Messi bütün gücü ilə məşq edir"

13.09.2020 13:16 Oxundu 524

"Barselona"nın baş məşqçisi Ronald Kuman “Gimnastik”lə yoldaşlıq görüşü  barədə təəssüratlarını bölüşüb. “Cempion.az” xəbər verir ki, bu barədə “Marka” nəşri məlumat yayıb.
“Bu qarşılaşmanın ən yaxşı tərəfi odur ki, hər kəs 45 dəqiqə oynamaq fürsəti əldə etdi, çünki hələ fiziki hazırlığımız hələ lazımı səviyyədə deyil. İlk iki qolu vurmağımızı və cistifadə cinahlardan istifadə etməyimizi bəyəndim. İkinci hissədə daha çox qol vura bilərdik. Bütün oyunçular matçı problemsiz tamamladılar və bu çox vacibdir.
Pedri böyük bir istedaddır. 17 yaşındadır və gələcək vəd edən futboçudur. Trinkaunun mövqe seçmə tərzini bəyəndim. İstedadlıdır, amma topun sürətinə və ritminə uyğunlaşmalıdır. Bu əla bir transferdir.
Messi həmişə olduğu kimi bütün gücü ilə məşq edir. Hətta həftə sonları məşğul olur. Hər kəs kimi fiziki forma yığmalı olduğunu da yaxşı bilir. Onun keyfiyyətləri barədə danışmaq isə artıqdır”.