
Bu gün Azərbaycan Premyer-Liqasının ikinci turuna yekun vurulub. Sonuncu oyun günü "Sabah" öz meydanında Qəbələ"ni qəbul edib və mövsümün hələlik ən böyük hesabına imza atıb.
***
Bu gün Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçiriləcək.
"Cempion.az" saytının məlumatına görə, bununla da 2-ci tura yekun vurulacaq.
Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmada “Sabah” “Qəbələ”ni qəbul edəcək. Mövsümə məğlubiyyətlə başlayan Visente Qomesin yetirmələri ilk ev oyununda daxılına xal əlavə edə biləcəkmi? Ötən tur heç-heçə edən Elmar Baxşıyevin komandası səfərdə qələbə qazanmaqla xalların sayını liderlərlə bərabərləşdirə bilər.
Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Sumqayıt”a 0:2 hesabı ilə uduzub, “Keşlə” – “Qarabağ” matçında qol vurulmayıb. Dünən isə “Zirə” səfərdə “Səbail”ə qalib gəlib – 2:1.
Azərbaycan Premyer Liqası
II tur
13 sentyabr (bazar)
“Sabah” – “Qəbələ” 3:0
Qollar: Coşqun Diniyev, 17, Bəhlul Mustafazadə, 27, Ramil Şeydayev, 64
Qırmızı vərəqə: Slavik Alxasov, 77
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 30. Mario Marina, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqez, 5. Nikola Vuyadinoviç, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 11. Ozan Can Kökcü, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomez
“Qəbələ”: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 70. Ülvi İsgəndərov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 22. Rodriqo Qattas, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 10. Rövlan Muradov, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 26. Stefan Vukçeviç, 17. Yaovi Akakpo, 19. Samir Qurbanov, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev