13.09.2020 14:56
446


“Barselona” hələ də “Lion”un hücumçusu Memfis Depayı almaq istəyindən vaz keçməyib. “Cempion.az” “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu hollandiyalı futboçunun qiymətini endirmək üçün danışıqlara transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış başlamaq niyyətindədir.
Qeyd edək ki, Depayın “Lyon”la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. Fransızlar, heç olmasa, bir az pul almaq və bir il sonra oyunçunu pulsuz buraxmamaq üçün “Barselona”nın təklifini qəbul etməli olacaq.