cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

"Molde"nin bombardiri Ceyms "Qarabağ"la oyuna çıxacaq

13.09.2020 14:36 Oxundu 541


"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Molde"nin hücumçusu Leke Ceyms sağalıb.

"Cempion.az" saytının Norveç mətbuatına istinadən məlumatına görə, 28 yaşlı forvard Azərbaycan çempionu ilə matçda start heyətində meydana çıxmağa hazırdır.

7 qolla komandasının ölkə çempionatındakı ən məhsuldar oyunçusu olan nigeriyalının səhhəti ilə bağlı yaranmış problem geridə qalıb. Baş məşqçi Erlinq Mo "Qarabağ"la qarşılaşmada onun hücumda əsas silahının olacağını açıqlayıb.

Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 16-da Kiprin Larnaka şəhərində yerləşən "AEK Arena"da keçiriləcək.