cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

“Real” Hazard üçün psixoloq tutub

13.09.2020 14:57 Oxundu 485
 
“Real” (Madrid) komandanın yarımmüdafiəçisi Eden Hazardın psixoloji problemlərinin həlli üçün xüsusi psixoloq tutub.
“Cempion.az” “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, Hazard yeni zədələr alacağından qorxuya düşüb.
“Real”ın baş məşqçisi Zinəddin Zidan belçikalı futbolçu üçün fərdi plan hazırlayıb və Madrid klubu Hazard üçün xüsusi məşqçi təyin edib. Psixoloq-məşqçi belçikalı ilə psixoloji iş aparılacaq ki, oyunçu yeni zədə almaq qorxusundan qurtulsun.