13.09.2020 16:19
461


Həmyerlimiz Kamran Əliyevin üzvü olduğu “Ximki” komandasının baş məşqçisi Dmitri Qunko istefaya göndərilə bilər.
“Çempion.az” saytı xəbər verir ki, bu barədə Moskva vilayətinin idman naziri Roman Teryuşkov məlumat verib:
- Məşqçini istefaya göndərmək və rəhbərliyi dəyişdirmək qərarını verdiyimiz barədə məlumatlar doğru deyil. Komandanın nəticələrindən son dərəcə narazıyıq. Çərşənbə axşamı iclas keçirib məşqçilər korpusunu dinləyəcəyik. İclasdan sonra komandanın baş məşqçisi ilə əməkdaşlığı davam etdirib-etdiməmək barədə qərar verəcəyik.
Xatırladaq ki, 2020/21 mövsümündə "Ximki" yeddi turda üç dəfə heç-heçə edib və dörd məğlubiyyət alıb. Dünən “Ximki” “Ural”a 1: 3 hesabı ilə məğlub olub.
Komanda turnir cədvəlində sonuncudan əvvəlki 15-ci yeri tutur.