cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Tomas Tuxel: "Neymarın meydanda təhqir olunduğunu eşitməmişəm"

14.09.2020 13:46 Oxundu 439
 
Fransa çempionatının üçüncü turunun  PSJ-"Marsel" oyununun sonunda meydanda böyük bir dava olub. Nəticədə baş hakim bir anda beş futbolçunu (üçünü ev sahiblərindən, ikisini “Marsel”dən) meydançadan kənarlaşdırıb. Qırmızı vərəqələrdən birini Paris klubunun hücumçusu Neymar aldı. Braziliyalı rəqib müdafiəçi Alvaro Gonzalezin başının arxasına yumruqla vurduğu üçün cəzalandırılıb. Meydançadan çıxarıldıqdan sonra Neymar ispaniyanı irqçilikdə günahlandırıb.

PSJ-nin baş məşqçisi Tomas Tuxel komandanın hücumçusu Neymarın "Marsel"in müdafiəçisi Alvaro Gonzalez tərəfindən təhqir olunduğunu eşitmədiyini söyləyib:
- Neymar mənə bunun bir növ irqçi təhqir olduğunu söylədi, amma mən meydanda heç nə eşitmədim. Irqçilik cəmiyyətdə, idmanda və ümumiyyətlə, həyatımızda olmamalıdır. Bu təhqir olubsa, göz qabağında olub, amma nə mən bunu eşitmişəm, nə də hakim.