cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

“İnter” “Real”la razılığa gəldi

14.09.2020 16:31 Oxundu 538

“İnter” hücumçusu Lautaro Martinesi “Real”a (Madrid) satmağa hazırdır. “Cempion.az”ın məlumatına görə bu barədə “Sport Mediaset” portalı xəbər verir.
“Real”ın əsas rəqiblərindən olan  “Barselona”nın 23 yaşlı oyunçu ilə maraqlandığını nəzərə alan tərəflər mümkün müqavilə ilə bağlı danışıqları uzun müddət gizli aparıblar. Mənbəyə görə,  "Real"la danışıqların açıq aparılması “İnter”in “Barselona”nın yarımmüdafiəçisi Arturo Vidalın almasına mane ola bilərdi. Hazırda Vidalın transferinin həlledici mərhələdə olduğu bildirilir.
“Barselona” bir neçə aydır ki, Martinesə sahib olmağa çalışırdı, lakin Milan klubu onun üçün 111 milyon avro tələb edirdi. Bir qədər əvvəl “Barselona” Martines üçün “İnter”ə Vidalı, müdafiəçi Nelson Semedunu  və bunalara əlavə olarq 60 milyon avro təklif etmişdi, lakin İtalyan tərəfi bu təklifllə razılaşmamışdı.