cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Alan Şirer: “Beyl “Real”da vaxtını itirməməlidir”

14.09.2020 18:25 Oxundu 602

“Nyukasl”ın və İngiltərə milli komandasının keçmiş hücumçusu Alan Şirer Qaret Beylin əvvəlki formasını bərpa etmək üçün ona lazım olan komandaya kecəcəyinə ümid etdiyini bildirib.
- Belə bir futbolçunun hər həftə sonu ehtiyat oyunçular skamyasında və ya tribunada oturmasını biabırçılıq hesab edirəm. Bu səviyyədəki bir futbolçu vaxt itirməməli, qabiliyyətni daim nümayiş etdirə biləcəyi komandaya keçməlidir. Uels millisindəki çıxışları onun nəyə qadir olduğunu açıq şəkildə nümayiş etdirir. İngiltərə Premyer Liqasının ilk altılığındakı hər hansı klubun Beylin transferini reallaşdıraraq maaşını ödəyə biləcəyinə əmin deyiləm. Amma o, ehtiyatda oturmamalı, futbol oynamalıdır.
Bir qədər  əvvəl "Tottenhem"in baş məşqçisi Joze Mourinyo 31 yaşlı uelslinin londonlulara qoşulmasında şəxsən maraqlı olduğunu bildirilmişdi.
Xatırladaq ki, Beyl 2013-cü ilin sentyabrından “Real”da oynayır. O, keçən mövsüm cəmi  20 matçda iştirak edib, üç qol vurub və iki asist verib. Futbolçunun “Real”la müqaviləsi 2022-ci il iyunun sonuna qədər qüvvədədir.