15.09.2020 11:59
434


"Qarabağ" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçn "Molde" komandası ilə keçirəcəyi matç üçün çarter reysi ilə Larnaka şəhərinə yola düşüb.
Bu gün Bakı vaxtı ilə saat 20:15-də Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Ölkə çempionu saat 20:30-da oyunöncəsi son məşqinə çıxacaq.
Rəqib komandanın baş məşqçisi Bakı vaxtıyla 18:45-də media mənsublarının önünə çıxacaq. 30 dəqiqə sonra isə Norveç təmsilçisi son hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.