cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

İngiltərə çempionatında azarkeş sayı minə endirilə bilər

15.09.2020 14:19 Oxundu 439

İngiltərə hökuməti oktybr ayından etibarən futbol arenalarına tutmunun üçdə biri qədər azarkeş buraxmaq haqqındakı bir qədər əvvəl qəbul etdiyi qərara yenidən baxmaq niyyətindədir.  Hökumət ölkədə koronavirus infeksiyası sayının artması ilə əlaqədar tribunalarda icazə verilən azarkeş sayını 1000-ə endirməyi planlaşdırır.
“Cempion.az” məlumatına görə, bu barədə “Tayms” qəzeti İngilis futbolunun nümayəndələrinə istinadən xəbər verir.
Xəbərə görə, Premyer Liqa klubları tribunadakı tamaşaçı sayını məhdudlaşdırmaq cəhdlərinə qətiyyətlə qarşı çıxırlar. Premyer Liqa rəhbərliyi  bu mövsüm koronavirus böhranı səbəbindən 20 klubun 540 milyon funt (717,5 milyon dollar) itirəcəyini təxmin edir. Bu itkilərə səbəblərdən biri də arenalarda azarkeş sayının azlığıdır.
Buna baxmayaraq, ekspertlər hesab edirlər ki, arenalarda tamaşaçı sayının azalması ictimai nəqliyyatda, barlarda və kafelərdə qarşılaşmalardan əvvəl və sonra infeksiya riskini  böyük ölçüdə aradan qaldıracaq.