cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

“Barselona”dan “İnter”ə transfer  

15.09.2020 17:50 Oxundu 451

İspaniyanın “Barselona” futbol klubunun yarımmüdafiəçisi Arturo Vidal komandadan ayrılıb.
“Cempion.az” İspaniya mətbuatına istinadla xəbər verir ki, 33 yaşlı çilili yarımmüdafiəçi Kataloniya klubu ilə müqaviləsini ləğv edib. Bu səhər klubun bazasına gələn futbolçu əşyalarını götürüb və komanda yoldaşları ilə vidalaşıb.
Qeyd edək ki, A. Vidal “İnter”ə transferini tamamlamaq üçün Milana gedəcək. O, İtaliya təmsilçisinə azad agent kimi qoşulacaq.