cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

“Qarabağ” penaltilər seriyasında uduzdu (YENİLƏNDİ)

16.09.2020 23:55 Oxundu 810


Bu gün Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirib.

Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde” ilə qarşılaşıb.

Ağdam təmsilçisinin Norveç çempionu ilə dueli Kiprdə baş tutub. Tək oyundan ibarət mərhələnin matç azarkeşsiz keçirilib.

120 dəqiqəsi qolsuz bitən görüşün taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq olan "Molde" qalib gəlib.

Onlar pley-offda Macarıstanın “Ferensvaroş” klubu ilə görüşəcək. Sonuncular III təsnifat mərhələsində Xorvatiya “Dinamo”sunu 2:1 hesabı ilə məğlub edib. İki oyundan ibarət pley-offun ilk görüşü Norveçdə, cavab matçı Macarıstanda baş tutacaq. "Qarabağ" isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında növbəti mərhələnin oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

Çempionlar Liqası
Çempionlar yolu, III təsnifat mərhələsi
16 sentyabr
21:00. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) - 0:0 (Penaltilərlə 5:6)

Qolla nəticələnməyən penalti: Etzaz Hussain, 102 (qapıçı)
Penaltilər seriyası: Ohi Omoyjuanfo (0:1), Uroş Matiç (1:1), Fredrik Aursnes (1:2), Maksim Medvedev (2:2), Erik Hestad (2:3), Patrik Andrade (3:3), Tobias Kristensen (3:4), Kevin Medina (4:4), Martin Ellinqsen (4:5), Şahruddin Məhəmmədəliyev (5:5), Kristoffer Haugen (5:6), Bədavi Hüseynov (5:6 - qapıçı)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Larnaka (Kipr). “AEK Arena”

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Donald Gerye, 2. Qara Qarayev, 8. Uroş Matiç, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena, 10. Abdullah Zubir, 11. Mahir Emreli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov

"Molde": 1. Andeas Linde, 11. Martin Ellinqsen, 6. Stien Qreqersen, 20. Henri Vinqo, 28. Kristoffer Haugen, 16. Etzaz Hussain, 17. Fredrik Aursnes, 14. Erlinq Knudtzon, 7. Maqnus Eykrem (k), 19. Erik Hestad, 10. Leke Ceyms
Ehtiyat oyunçular: 12. Alexandro Kraninks, 5. Şeriff Sinyan, 15. Tobias Kristensen, 22. Ola Brünhildsen, 27. Markus Pedersen, 30. Matis Bolli, 99. Ohi Omoyjuanfo
Baş məşqçi: Erlinq Mo


Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Scran Yovanoviç olacaq.

"Qarabağ" I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks” klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın "Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.

"Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın "Cele” klublarından güclü olub - 2:1.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Dinamo” (Zaqreb, Xorvatiya) – "Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.