cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

''Liverpul''un oyunçusu MLS klubunda

16.09.2020 09:50 Oxundu 685


''Toronto'' kulubu 21 yaşındaki şotlandiyalı futbolçu ilə heyətini gücləndirib.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, karyerasına ölkəsinin ''Falkirk'' komandasında başlayan Toni Qallaxer 2018-ci ildə ''Liverpul''a transfer olmuşdu. Sol cinah futbolçusu MLS klubunda icarə əsasında bir mövsümlük çıxış edəcək.

Şotlandiya yığmasında da oynayan Qallaxer ''Liverpul''un 23 yaşlardan ibarət komandası ilə 32 maça çığıb və 2 qolla yadda qalıb.