cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

ÇL təsnifat mərhələsinə bu gün yekun vurulacaq

16.09.2020 08:41 Oxundu 590

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində 3 oyun keçirilib:
"Dinamo" (Kiyev, Ukrayna) – "Az Alkmar" (Niderlandiya)   2:0
PAOK (Yunanıstan) – "Benfika" (Portuqaliya)  2:1
"Gent" (Belçika) – "Rapid" (Avstriya)  2:1

Bu mərhələ bir oyundan ibarət olduğu üçün Kiyev "Dinamo"su, PAOK və "Gent" Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib və ən azı Avropa Liqasının qrup mərhələsində yerlərini təmin edib. Qrup mərhələsinə gedən yolda "Gent" "Dinamo" ilə üz-üzə gələcək. PAOK-un rəqibi isə mübarizəyə birbaşa pley-offdan qoşulan Rusiya "Krasnodar"ı olacaq. Görüşlər 22-23 və 29-30 sentyabrda olacaq. 

Çempionlar Liqası
Pley-off 
Liqa yolu
“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) 
“Gent” (Belçika) - “Dinamo” (Ukrayna)

Qeyd edək ki, III təsnifat mərhələsinə bu gün 5 oyunla yekun vurulacaq. Azərbaycan çempionu "Qarabağ" Kiprin Larnaka şəhərindəki "AEK Arena"da Norveç təmsilçisi "Molde" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.