16.09.2020 14:46
402
Toplam altı dəfə dünya çempionu olan və dünyanın ən yaxşı Formula-1 pilotlarından sayılan Lyuis Hemilton təqaüdə çıxacağı ilə bağlı iddialara cavab verib.
Cempion.az "ajansspor.com" saytına istinadən bildirir ki, 35 yaşlı pilot Lyuis Hemilton "Mercedes"in tərkibində qalmaq istədiyini, "Mercedes" markasını daha yaxşı hala gətirməyə çalışdığını qeyd edib. Dünyada ən çox izlənən idman müsabiqələrindən olan Formula 1 yarışları Covid-19 pandemiyasına görə məhdud sayda izləyici ilə davam edir. Bu məsələyə toxunan britaniyalı pilot Lyuis Hemilton tribunadakı tamaşaçılar üçün darıxdığını söyləyib.