cümə axşamı, 25 aprel 2024

DİGƏR NÖVLƏR

Lebron Ceyms: "Kobi Brayant üçün oynayırıq"

16.09.2020 15:20 Oxundu 401


Komandasının qalib gəlməsində mühüm pay sahibi olan Lebron Ceyms, matçdan sonra açıqlamalar verib.
Cempion.az "ajansspor.com" saytına istinadən bildirir ki, 35 yaşlı ulduz oyunçu, yanvar ayında vertolyot qəzasında ölən "Lakers" komandasının əfsanəvi oyunçusu Kobe Brayant üçün oynadıqlarını söyləyib. Sözlərinə davam edən Lebron Ceyms: "Kobe Brayant və onun ailəsini qürurlandırmağa çalışıq. "Lakers" komandasının formasını geyinən və bu komandanın bir parçası olan hər kəs üçün əlimizdən gələni edirik" deyib.