cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

“Roma” “Fənərbağça”dan 2 milyon istəyir 

17.09.2020 11:24 Oxundu 442


İtaliyanın “Roma” klubunun futbolçusu Dieqo Perotti karyerasını Türkiyədə davam etdirə bilər.

Cempion.az bildirir ki, yarımmüdafiəçi “Fənərbağça”ya keçməyə yaxındır.

32 yaşlı italiyalının agentləri Super Liqa təmsilçisi ilə danışıqlar aparır. Perottinin nümayəndələri üç illik müqavilə imzalanmasını istəyir. Romalılar isə oyunçu üçün 2 milyon avro tələb edir.

Qeyd edək ki, yarımmüdafiəçinin xidmətində Rusiya “Spartak”ı da maraqlı idi.