cümə, 08 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ”ın potensial rəqibləri

17.09.2020 12:10 Oxundu 494

Çempionlar Liqasında “Molde”yə uduzan “Qarabağ” mübarizəni  Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Ağdam klubunun rəqibi sabah keçiriləcək püşkatmada müəyyənləşəcək.

Püşkatmada ÇL-dən gəlmiş “Qarabağ”, “Dinamo”(Zaqreb), “Yanq Boyz”, “Dinamo” (Brest) və “Srvena Zvezda” komandaları səpələmişlər səbətində yer aldıqları üçün bir-birinə rəqib olmayacaqlar.

“Lüdoqorets” (Bolqarıstan) və “Tirana” (Albaniya) komandaları da ÇL-dən gələnlər sırasındadır. Lakin onlar II təsnifat mərhələsində uduzduqları üçün səpələnməmişlər arasında yer alırlar və “Qarabağ”ın potensial rəqibləri arasıdadırlar.

Komandamızın potensial rəqibləri bunlardıar:

“Sarayevo” (Bosniya və Herseqovina) - “Astana” (Qazaxıstan)/“Buduçnost” (Monteneqro) 
“Şerif” (Moldova) - “İnter” (Andorra)/“Dandalk” (İrlandiya)
“Ararat-Armeniya” (Ermənistan)/“Fola” (Lüksemburq) - “Selye” (Sloveniya)
“Riqa” (Latviya)/“Tre Fiori” (San-Marino) - “Seltik” (Şotlandiya)
“Kuopio” (Finlandiya)/“Slovan” (Slovakiya) - “Suduva” (Litva)
“Legiya” (Polşa) - “Sileks” (Şimali Makedoniya)/“Drita” (Kosovo)
“Klasksvik” (Farer adaları) - “Konnah” (Uels)/“Dinamo” (Tbilisi, Gürcüstan)
“Yurqorden” (İsveç)/“Europa” (Cəbəllütariq) - ÇFR (Rumıniya)
“Linfild” (Şimali İrlandiya)/“Floriana” (Malta) - “Flora” (Estoniya)/“Reykyavik” (İslandiya)
 

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsi bu gün, III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.