cümə, 08 avqust 2025

DİGƏR NÖVLƏR

Pau Gasol Kobe Brayantın qızı ilə şəkil çəkdirdi

17.09.2020 12:13 Oxundu 465

Əfsanəvi basketbolçulardan Pau Gasol, LA Lakersdə keçmiş komanda yoldaşı Kobe Brayantın qızı ilə şəkil çəkdirdi.
Cempion.az "fotomac.com.tr" saytına istinadən xəbər verir ki, LA Lakers komandasında 2008-2014-ci illərdə forma geyinən ulduz basketbolçu Pau Gasol, "Los Angeles Lakers" komandasında Kobe Brayant ilə birgə oynamışdı. Kobe ilə iki dəfə çempionluq əldə edən ispan oyunçu Pau Gasol, qucağında Bianka Bella Brayantın olduğu bir şəkil paylaşdı. Bu paylaşım basketbol həvəskarlarını duyğulandırdı. Kobe Brayant, 26 yanvarda keçirdiyi helikopter qəzasında qızı Gianna ilə birlikdə dünyasını dəyişmişdi.