17.09.2020 14:53
516


“Barselona” prezidenti Xosep Bartomeuya etimadsızlıq səsverməsi keçiriləcək. Bu barədə “Marka” nəşri xəbər verir.
Qanuna görə, etimadsızlıq səsverməsi prosedurasanın başlanması üçün 16.521 imza toplamaq lazımdır. Bu təşəbbüsün təşkilatçıları isə artıq 18 minə yaxın imza toplaya biliblər. Növbəti addımda klubun səlahiyyətliləri imzaların dəqiq sayını müəyyənləşdirəcəklər. Say qanun tələb etdiyindən az olmasa, referendum keçirilməsi prosesinə start veriləcək. Səslərin üçdə ikisi istefanın lehinə olarsa, Xosep Bartomeu istefa etmək məcburiyyətində qalacaq, bundan sonra “Barselona” yeni bir prezident seçkisi elan ediləcək.
Xatırladaq ki, Bartomeu 57 yaşındadır və 2014-cü ildən bəri “Barselona”nın prezidentidir. Bir qədər əvvəl “Barselona”nın kapitanı Lionel Messi klub rəhbərliyi, daha doğrusu prezident Xosep Bartomeu ilə fikir ayrılıqlarına görə komandadan ayrılmaq niyyətini açıqlamışdı. Məhz buna görə etimadsızlıq səsverməsi üçün amzatoplama kampaniyası başladılmışdı.