17.09.2020 15:26
430


PSJ futbolçuları komandanın baş məşqçisi Tomas Tuxeldən narazıdır.
“Çempion.az” bildirir ki, bu barədə “RMC Sport” nəşrinə adının açıqlanmasını istəməyən PSJ-li oyunçu məlumat verib.
Mənbə bildirir ki, futbolçular komandanın oyun tərzindən narazıdır: “Taktikasız, ideyasız oynayırıq. “Marsel”lə oyunda (PSJ 0: 1 məğlub olub) hiss etdik ki, məşqçilər korpusu vəziyyətə nəzarət, oyunun gedişinə müdaxilə edə bilmir, uğursuzluqların kökündə yatan məhz bunlardır, Tomas Tuxel nəsə eləmək istəmir”