cümə, 08 avqust 2025

DİGƏR NÖVLƏR

Dünya çempionatı ləğv ediləcək?

17.09.2020 15:45 Oxundu 507


Avropa Parlamenti (AP) buzüstü xokkey üzrə dünya çempionatının Belarusda keçirilməsinə qarşı çıxıb.

Bu barədə qurumun bu gün qəbul etdiyi qətnamənin mətnində deyilir.

AP Belarusdakı insan haqlarının pozulmasına qarşı sanksiyalar çərçivəsində Beynəlxalq Buzüstü Xokkey Federasiyasını və digər milli federasiyaları yarışı ləğv etməyə çağırıb.

Qeyd edək ki, dünya çempionatı 2021-ci ildə təşkil olunmalıdır.