cümə, 08 avqust 2025

BİZİM FUTBOL

"Qarabağ"ın potensial rəqiblərinin sayı 11-dən 3-ə enib

18.09.2020 11:25 Oxundu 451


Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. 

UEFA püşkatmadan öncə komandaları qruplara bölüb. Bundan sonra "Qarabağ"ın potensial rəqiblərinin sayı 11-dən 3-ə enib. 

Üçüncü qrupda yer alan Ağdam təmsilçisi “Şerif” (Moldova)/“Dandolk” (Şimali İrlandiya), “Klaksvik” (Farer adaları)/“Dinamo” (Tiflis, Gürcüstan) və “Legiya” (Polşa)/“Drita” (Kosovo) cütündən birinə rəqib olacaq. 

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq. III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək. "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında uduzduğu üçün Avropa Liqasında mübarizəyə davam edir.