
"Komandaya gənc və çalışqan futbolçular dəvət edilib. Yeni komandayıq, mövsüm ərzində iddialılar sırasında olmaq niyyətindəyik".
"Cempion.az" saytı məlumatına görə, bu fikirləri İspaniyanın “Albasete” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov yerli mətbuata açıqlamasında deyib.
28 yaşlı yarımmüdafiəçi Sequndanın I turunda "Espanyol"a 0:3 hesabı ilə uduzduqları matçdan nəticələr çıxartmağa çalışdıqlarını bildirib. İsrafilov hazırkı durumu haqqında bunları söyləyib: "Özümü çox yaxşı hiss edirəm. Mövsüm yeni başlayıb, daha yaxşı oynayacağıma inanıram".
Oyunçu komandadakı mühitin müsbət olduğunu sözlərinə əlavə edib: "Komandaya gənc və çalışqan futbolçular dəvət edilib. Onların böyümək istədiklərini gördüm. Kollektivimiz möhtəşəmdir, yeni qoşulanlarla birlikdə böyük qrup yaratdıq".
Qeyd edək ki, “Albasete” II turda sentyabrın 20-də evdə “Ponferradina” ilə qarşılaşacaq. Eddi İsrafilov koronavirus pandemiyası səbəbindən Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarında iştirak edə bilməyib.