cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Messi “El-klassiko”nu buraxa bilər

18.09.2020 11:54 Oxundu 492

Lionel Messi Argentina millisinin Ekvador və Boliviya ilə oyunlarına (8 və 13 oktyabr) çağırması ilə əlıaqədar  oktyabrın 25-də keçirilməli olan “Barselona” – “Real” oyununu buraxa bilər.
Bunun səbəbi İspaniya hökumətinin Cənubi Amerikadan gələnlərin 14 günlük karantinə alınması qərarıdır.  Əgər Messi oktyabrın 14-də  Kataloniyaya qayıdarsa, oktyabırın 28-ə qədər karantinə alınmalıdır. Buna görə də futbolçu “Xetafe” (18 oktyabr) və  “Real”la oyunları buraxmalı olacaq.
“Çempion.az”-ın İspaniya mətbuatına istinadla verdiyi məlumata görə, “Barselona” rəhbərliyi  bu vəziyyəti Argentina federasiyası ilə həll etməyə çalışsa da, millinin baş məşqçisi Lionel Skaloni Messinin Dünya Çempionatı-2022-nin seçmə mərhələsində milli komandada oynamasında israrlıdır.