cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Setien “Barselona”nı məhkəməyə verib

18.09.2020 12:14 Oxundu 524

“Barselona”nın keçmiş baş məşqçisi Kike Setien katalonlara qarşı məhkəmə iddisı qaldırıb.
“Cempion.az”ın məlumatına görə, bu barədə “Football Espana” xəbər verir.
Mənbə bildirir ki, mütəxəssis əmək müqaviləsini pozduğu üçün klubdan dörd milyon avro təzminat istəyir. Setien bildirib ki, rəhbərlik işdən çıxarılma ilə əlaqədar olaraq bütün təfərrüatları onunla razılaşmalı idi.
Qeyd edək ki, “Barselona” Setienin rəhbərliyi altında  Münxenin “Bavariya” komandasına 2:8 hesabı ilə uduzub Çempionlar Liqasından kənarlaşdıqdan sonra – avqustun 17-də rəhbərlik onun istefaya göndəriləcəyini etsə də, bu iş yalnız ötən həftə rəsmiləşdirilib.
Əlavə edirik ki, Setien 2020-ci ilin yanvarından komandanı çalışdırırdı. O, bu vəzifədə Ernesto Valverdeni əvəz etmişdi.