cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

“Yuventus” Hiquainlə müqaviləini ləğv etdi

18.09.2020 12:26 Oxundu 441

"Yuventus" hücumçu Qonzalo Higuainlə yollarını ayırıb.
“Cempion.az”ın məlumatına görə, bu barədə klubun rəsmi Tvitter səhifəsi xəbər yayıb.
Mənbənin bildirdiyinə görə, qərar tərəflərin qarşılıqlı razılığı ilə qəbul edilib. Bir qədər əvvəl Hiquainin artıq ABŞ-a getdiyi və “İnter Miami” klubu ilə 2022-ci ilə qədər müqavilə imzaladığı bildirilmişdi.
Xatırladaq ki, 32 yaşlı futbolçu 2016-cı ildən "Yuventus" da oynayır, komanda ilə üç dəfə İtaliya çempionatını, iki dəfə ölkə kubokunu qazanıb.