cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

“Rotor” “Rostov”la oyundan imtina etdi

18.09.2020 12:56 Oxundu 434

Volqoqradın "Rotor"komandası  Rusiya Premyer-liqasının(RPL)  8-ci turunda "Rostov"la keçirməli olduğu oyundan imtina edib. Klub artıq qərarını RPL rəhbərliyinə bildirib.
“Cempion.az”-ın məlumatına görə, bu barədə xəbəri klubun mətbuat xidməti yayıb.
“Bizim prioritetimiz futbolçularımızın və rəqib oyunçularımızın sağlamlığıdır, bu səbəbdən klub rəhbərliyi “Rospotrebnadzor”un (koronovirusla mübarizə üzrə operativ qərargahın- red.) tövsiyələrinə uyğun olaraq 19 sentyabrda “Rostov Arena”da keçiriləcək səfər görüşünə getməmək barədə qərar qəbul edib. Bütün klub işçiləri mütəmadi olaraq koronavirus infeksiyası üçün testlərdən keçirməyə davam edirlər. Yoluxmuşların vəziyyəti stabildir, xəstəlik yüngül keçir və oyunçular evdə müalicə alırlar. Azarkeşlərimizdən üzr istəyirik və anlayışlarını gözləyirik. Futbolçuların çempionatda mübarizəni davam etdirə biləcəyini səbirsizliklə gözləyirik. İnanırıq ki, bu vəziyyət bizi birləşdirəcək və yalnız gücləndirəcəkdir! Özünüzə və yaxınlarınıza qayğı göstərin! " - "Rotor"un bəyanatında ​​deyilir.
Xatırladaq ki, klub Rusiya çempionatının 7-ci turunda "Krasnodar" a qarşı oynamaqdan da imtina etmişdi. Bu qərar Aleksandr Xatskeviçin komandasında çoxbir neçə futbolçuda koronovirusa yoluxma halının qeydə alınması ilə əlaqıdar qəbul edilmişdi.