18.09.2020 13:34
472


UEFA Avropa Liqasında keçirilən Neftçi - Qalatasaray oyunundan sonra Qalatasaray məşqçisi Fatih Terim bəzi açıqlamalar verib...
Cempion.az "ajansspor.com" saytına istinadən bildirir ki, Fatih Terim: "Neftçi bizə qarşı oyunda yüksək dərəcədə performans göstərdi. Onları təbrik edirəm. Uğurlar diləyirəm. Onlardan daha yaxşı olmağımızdan daha təbii bir şey yoxdur. Bu gün burada başqa bir nəticə olsaydı sürpriz olardı. Neftçi komandasına uğurlar diləyirəm. Qardaş Azərbaycandan qardaş olaraq ayrılırıq. Hər kəsə çox təşəkkür edirəm. Onlar bizim qardaşlarımızdır. Hər şey üçün təşəkkür edirəm. Bu gün məşqçi olaraq 500-cü oyunumu başa vurdum. Nə yaxşıki, həyatımda Qalatasaray var" deyib.