cümə axşamı, 28 mart 2024

BOKS

Mayk Taysonun rinqə dönüş matçı təxirə salındı

18.09.2020 13:56 Oxundu 570


Ağır çəki üzrə keçmiş boks çempionu olan Mayk Taysonun son 15 ildə ilk dəfə rinqə çıxacağı matçın tarixi 28 Noyabra təxirə salındı.

Cempion.az "ajansspor.com" saytına istinadən bildirir ki, Tayson daha əvvəl 12 sentyabrda keçirilməsi qərarlaşdırılan matçın afişasını İnstaqram hesabında paylaşdı və yeni tarixin 28 Noyabr olduğunu bildirdi.
Qeyd edək ki, son matçı üçün 2005-ci ildə rinqə çıxan 54 yaşlı Tayson ilə artıq 2 ildir ki rinqlərdə mübarizə aparmayan 51 yaşlı Roy Jones arasında 8 turluq qarşılaşma ABŞ-ın Los Anceles şəhərindəki Dignity Health İdman kompleksində keçiriləcək.