cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

İnfantino İsveçrənin keçmiş baş prokuroru ilə görüşməsindən danışıb

18.09.2020 18:51 Oxundu 452
 
Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni Infantino İsveçrənin keçmiş baş prokuroru ilə görüş faktını təşkilatın qaranlıq keçmişindən xilas olmaq istəyi ilə izah edib.
"İsveçrədə baş prokurorla mənimlə üç-dörd il əvvəl keçirilən görüşlərimlə bağlı istintaq aparılır. Bu görüşlərdə yeni FIFA-nın beş il əvvəlki vəziyyətdən nə qədər uzaqlaşacağı müzakirə edilib. O zaman FİFA futbolu öz çıxarları üçün istifadə edən zəhərli bir təşkilat idi. Qurumu qaranlıq keçmişdən xilas etmək üçün baş prokurorla görüşdüm. Bu cəhdlərimi davam etdirəm. İki gün əvvəl ABŞ Baş prokuroru ilə də görüşdüm. Keçmişə geri qayıda bilməyəcəyiniz barədə danışdıq, razılaşdıq ki, FİFA-nın islah olunduğunu sübut etməliyik. Futbolun təmizlənməsinə kömək edəcək bütün ölkələrin rəhbərləri ilə əməkdaşlıq edəcəyik", - İnfantino deyib.
Xatırladaq ki, İsveçrə prokurorluğu İnfantino ilə əlaqədar 30 iyulda məhkəmə istintaqına başlayıb.