19.09.2020 11:09
811


Cempion.az "shape.com" saytına istinadən xəbər verir ki, Rhea Bullos adlı 11 yaşlı filippinli qız iştirak etdiyi yarışma üçün idman ayaqqabıları almağa imkanı olmadığı üçün ayaqlarını tibbi yapışqan sarğı ilə sarıdı. Hətta ayağındakı sarğıya xəyal etdiyi markanın loqosunu çəkməyi də unutmadı. Sonda isə əzmin zəfəri deyə biləcəyimiz bir hadisə yaşandı. 11 yaşlı Rhea Bullos 400, 800 və 1500 metrlik yarışların üçündə də birinci oldu və 3 qızıl medal qazandı.