19.09.2020 12:40
461

“Arsenal” cəmi 2 milyona qapıçı alır.
İtaliyanın “Cenoa” klubunun qapıçısı Runar Runarsson London klubuna keçəcək.
25 yaşlı qolkiperin keçidi ilə bağlı iki klub arasında razılıq əldə olunub. London təmsilçisi Runar üçün 2 milyon funt sterlinq ödəyəcək.
O, “Aston Villa”ya keçən Emiliano Martinesi əvəzləməlidir. Bu gün Londona gələcəyi gözlənilən qolkiper tibbi müayinədən sonra müqaviləyə imza atacaq.