19.09.2020 13:52
502


“Liverpul” “Barselona”nın yarımmüdafiəçisi Usman Dembelenin transferi ilə bağlı danışıqlara başlayıb.
“Cempion.az” Sport.es saytına istinadən xəbər verir ki, İngiltərə komandasını baş məşqçi Yurgen Klopp Dembelenin xidmətində maraqlıdır. Baş məşqçi fransalı yarımmüdafiəçinin komandasına fayda gətirəcəyinə və hücum xəttində rəqabət yaradacağına inandığını bildirib.
22 yaşlı Dembele 2017-ci ildən bəri “Barselona”nın heyətində oynayır. Futbolçu keçən mövsüm doqquz matç keçirib və bir qol vurub.