cümə, 08 avqust 2025

BİZİM FUTBOL

Elmar Baxşiyev: "Azlıqda qalsaq da rəqibə boşluq vermədik"

19.09.2020 20:34 Oxundu 567


“Maraqlı oyun alındı. Lider komandaya qarşı çıxış edirdik. "Keşlə" ön pillədə gedə biləcək komandadır”.

Bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının III turunda “Keşlə” ilə keçirilən oyunu dəyərləndirərkən deyib. O, 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında heç-heçəni belə şərh edib: "Sabah"la uğursuz matçdan sonra komandamızı qələbəyə hazırlamışdıq. Buna nail olacağımıza inanırdım. Komandamdan çox razıyam. İstədiyim komandanı meydançada görürəm. Hücum planında daha məzmunlu oyun nümayiş etdirəcəyimizə inanıram”.

- Nikolas Raysel heç nədən qırmızı vərəqə aldı, komandanı çətin vəziyyətə qoydu. Onunla bağlı ölçü götürəcəksiniz?
- Biz də bilirik ki, o, bizim üçün vacib futbolçulardan biridir. Qırmızı vərəqəni futbolun emosiya oyunu olmasıyla əlaqələndirərdim. Başqa bir şeylə yox. Yenə də onunla söhbətimiz olacaq. Ümid edirik ki, gələcəkdə belə hal təkrarlanmayacaq.

- Hər hissədə fərqli "Qəbələ" oldu. Bu, fiziki hazırlıqda olan problemlə bağlıdır?
- Yox, bununla əlaqələndirməzdim. Komanda azlıqda qalsa da rəqibə heç bir mövqedə boşluq vermədi. Problem hazırlıqda deyil. İlk hissədə dominant futbol oynamağa çalışdıq, pressinq edirdik. Bu mənada ikinci hissədə komandanın dayanması normaldır. Yeni transferimiz Rafael Alemao 2 gündür sıralarımıza qoşulub. Ona zaman lazımdır ki, heç olmasa komanda yoldaşlarının adlarını bilsin. Hələ uyğunlaşmayıb bizə.