cümə, 08 avqust 2025

BİZİM FUTBOL

Ayxan Abbasov: "İmamverdiyev yenidən milliyə düşə bilər"

19.09.2020 22:29 Oxundu 487

"Sumqayıt" öz meydanında "Səbail"i 2:1 hesabı ilə məğlub edib.

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun oyun sonrası açıqlamasını təqdim edirik. 
"Maraqlı oyun oldu. Rəqibin son iki qarşılaşmada sərgilədiyi oyun hamıya bəllidir. Biz isə ardıcıl olaraq ikinci qələbəmizi qazandıq. İnanırıq ki, get-gedə daha yaxşı olacaq və azarkeşlərimizi sevindirəcəyik". 
Gənc futbol mütəxəssisi bildirib ki, hər oyuna qələbə əzmi ilə çıxırlar. "Hər dəfə komandama inandığımı deyirəm. Əsas məqsədlərimizdən biri ölkə futboluna gənc oyunçular qazandırmaqdır. Heyətimizdə elə futbolçular var ki, nə vaxt şans versək, onlar oynayanlardan geri qalmayacaqlar".
Ayxan Abbasov yeni transfer Cavid İmamverdiyevin tezliklə əvvəlki formasına düşəcəyini və yenə sumqayıtlı azarkeşlər tərəfindən seviləcəyini vurğulayıb. Onun sözlərinə görə, İmamverdiyev öz üzərində işləsə, milli komandaya düşə bilər".