cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Cengiz Ündər "Lester"ə keçdi

20.09.2020 12:33 Oxundu 468


“Roma”nın yarımmüdafiəçisi Cengiz Ündər karyerasını İngiltərənin "Lester" komandasında davam etdirəcək.

"Cempion.az" saytının məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Premyer Liqa təmsilçisi 23 yaşlı cinah oyunçunu 3 milyon avro qarşıliğında birillik icarəyə götürüb. Klublar arasındakı anlaşmaya əsasən, “tülkülər” mövsümün sonunda onu 25 milyon avro ödəməklə  birdəfəlik transfer etmək hüququna malik olacaq. Keçidi ilə bağlı klubun rəsmi saytına təəssüratlarını bölüşən Cengiz Türkiyə millisindəki komanda yoldaşı Çağlar Söyüncü ilə çiyin-çiyin oynayacağı üçün çox sevindiyini söyləyib.

Qeyd edək ki, Cengiz Ündər “Roma”ya 2017-ci ildə 15 milyon avro qarşılığında “Başakşəhər”dən keçib.