cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Mikel Arteta: “Oyunumuzu yaxşılaşdıracaq çox şey var”

20.09.2020 12:52 Oxundu 449

“Topçular” İngiltərə çempionatına digər London komandaları üzərində iki qələbə ilə başlayıblar.
"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın ikinci turunda "Vest Hem"ə 2-1 hesbı ilə qalib gəldikləri oyunu şərh edib.
Arteta BBC-yə verdiyi müsahibəsində: "Üç xal ala bildiyimiz üçün sevinirəm". Oyundan əvvəl demişdim ki, “Vest Hem”i məğlub etmək çətin olacaq. Görüşün ilk 15 dəqiqəsində rəqibə boşluqlar verərək özümüzü çətin vəziyyətə saldıq. Yaxşı ki, tez toplandıq, mübarizəyə davam etdik və nəticədə müsbət nəticə əldə etdik. Qol vurmaq üçün çox sayda təhlükəli vəziyyət yaratdıq, amma oyunumuzu yaxşılaşdıracaq çox şey var".
“Arsenal” 28 sentyabrda “Liverpul” ilə qarşılaşacaq. İki turdan sonra Artetanın komandasının altı xalı var. “Topçular” İngiltərə çempionatına səfərdə “Fulhem” üzərində qələbə ilə başladılar (3-0).