cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Jota “Liverpul”da

20.09.2020 13:20 Oxundu 510

“Vulverhempton”un baş məşqçisi Nuno Espirito Santo forvard Dioqo Jotanın “Liverpul”a keçəcəyini təsdiqləyib. “Mersisaydlılar” futbolçunun alınmasını Premyer Liqada çempionluğu qorumağa çalışacaqları ilə izah edirlər.
“Liverpul” əla oyunçu və insan qazanacaq. Dioqo “Vulverhempton”da xoşbəxt idi, amma oyunçuların öz ni hədəflər qoyması yaxşıdır”, - deyə baş məşqçi bildirib.
Jota “Vulverhempton”a 2017-ci ildə “Atletiko”dan keçib. Keçən mövsüm 23 yaşlı hücumçu İngiltərə klubunda 48 oyun keçirib, 16 qol vurub və 6 məhsuldar ötürmə verib.
Jotaya tutulan ən ciddi irad koronavirusla bağlı verilən məcburi fasilə zamanı çəkisinin artması ilə bağlıdır.
Hücumçu Portuqaliya millisinin heyətində dörd oyuna çıxıb və bir qol vurub.